“YouTube”un işində qüsurlar: Rusiya, Fransa, Böyük Britaniya...

Day.Az представляет новость на азербайджанском языке

"YouTube" video portalının işində qüsurlar müşahidə olunub.

Trend bildirir ki, Rusiya, Fransa, Böyük Britaniya və digər ölkələrdə istifadəçilər bu saytı açmaqda çətinlik çəkib.

Qeyd olunur ki, istifadəçilərin 61 faizi saytı aça bilməməklə, 26 faizi videoları işə sala bilməməklə, 11 faizi isə hesaba daxil ola bilməməklə bağlı şikayət edib.

Qüsurların hansı səbəbdən baş verməsi məlum deyil. "YouTube"un məxsus olduğu "Google" şirkəti bununla bağlı hələlik açıqlama verməyib.

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.