Tarkan qızı üçün köməkçilərinə qadağa qoydu

Day.Az представляет новость на азербайджанском языке

Tarkan bir neçə ay əvvəl Almaniyada dünyaya gələn qızı Liya üçün daha bir önəmli addım atıb. 

Milli.Az axşam.az-a istinadən məlumatına görə, Pınar Tevetoğlu ilə ötən il nikah masasına oturan müğənni övladının şəkillərinin evin içində belə çəkilməməsi üçün qanunlar qoyub. 

Tarkan evində işləyənlərə uşağın fotosunu çəkmək, hansısa bir sosial şəbəkədə yaymamaq qadağası qoyub. İfaçı "Liyanın yanında telefonsuz olun" deyərək, köməkçilərinə tapşırıb.

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.