https://news.day.az/azerinews/1368293.html
ABŞ-da atışma olub, polis əməkdaşı ölüb
ABŞ-da atışma olub, polis əməkdaşı ölüb

ABŞ-ın Çikaqo şəhərinin (İllinoys ştatı) Saut-Sayd rayonunda atışma nəticəsində polis əməkdaşı ölüb.
Trend-in məlumatına görə, bu barədə Chicago Tribune qəzeti hüquq-mühafizə orqanlarına istinadən bildirib.
Məlumata əsasən, daha bir polis əməkdaşının vəziyyəti kritikdir.
Hadisə yerli vaxtla saat 21:30-da 63-cü küçə yaxınlığında baş verib.
Şübhəli şəxs də yaralanaraq xəstəxanaya yerləşdirilib. Polis nümayəndəsi iki nəfərin saxlanıldığını bildirib.
Читать Day.Az в:
Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре