Türkiyə Ali Seçki Komissiyasının işində heç bir gecikmə yoxdur

Türkiyə Ali Seçki Komissiyasının işində heç bir gecikmə yoxdur

Day.Az TurkicWorld-a istinadən xəbər verir ki, bu barədə Türkiyə Ali Seçki Komissiyasının sədri Ahmet Yener jurnalistlərə açıqlaması zamanı deyib.

"Türkiyə Ali Seçki Komissiyasının işində heç bir gecikmə yoxdur. Seçkilərin yekun nəticələri hesablandıqdan sonra konkret açıqlama veriləcək", - deyə sədr bildirib.

Xatırladaq ki, bu gün Türkiyədə prezident və parlament seçkiləri keçirilib.

Türkiyə prezidenti, Ədalət və İnkişaf Partiyasının (AK Parti) rəhbəri Rəcəb Tayyib Ərdoğan, Ata İttifaqının namizədi Sinan Oğan və Cumhuriyyət Xalq Partiyasının (CHP) sədri Kamal Kılıçdaroğlunun namizədliyi təsdiqlənib.

Bununla yanaşı Türkiyə Böyük Millət Məclisinə 87 seçki dairəsində 600 millət vəkili seçiləcək. Seçkilərdə 24 partiya və 151 müstəqil namizəd iştirak edib.

Türkiyə ərazisində 191 mindən çox seçki qutusu qurulub. Ölkə daxilində 60 milyon 697 min 843 seçici qeydə alınıb. Onlardan 5 milyona yaxını ilk dəfə səs verənlərdir.