Hakan Fidan Oman xarici işlər naziri ilə Qəzzadakı vəziyyəti müzakirə edib

Türkiyə xarici işlər naziri Hakan Fidan və Oman xarici işlər naziri Səyyid Bədr Əl-Busaidi arasında telefon danışığı olub.

Day.Az TurkicWorld-a istinadən xəbər verir ki, bu barədə Türkiyə Xarici İşlər Nazirliyindən bildirilib.

Danışıqlar zamanı Qəzzadakı vəziyyət və regional təhlükəsizlik məsələləri, eləcə də iki ölkə arasında əməkdaşlıq sahələri müzakirə edilib.