Moldova səfiri Rusiya XİN-ə çağırıldı

Moldovanın səfiri Rusiya Xarici İşlər Nazirliyinə çağırılıb.

Day.Az bu barədə rus KİV-lərinə istinadən xəbər verir.

Məlumata görə, Rusiya səfirliyinin əməkdaşının persona non-qrata elan edilməsi və Rusiya nümayəndə heyətinin beynəlxalq konfransda iştirakına icazə verməməsi qərarı ilə bağlı səfirə etiraz edilib.

Rusiya XİN-dən bildirilib ki, Moskva cavab tədbiri kimi Moldovanın Rusiyadakı səfirliyinin əməkdaşını persona non-qrata elan edib.