Ermənistanın Rusiyanı oyundan kənar qoymaq

Mənbə: Trend

Son illərdə köhnə dünyanın dağılmaqda olan təhlükəsizlik arxitekturası və iqtisadi prinsiplərindən ciddi sürətdə fərqlənərək formalaşan olan yeni dünya nizamı qlobal oyunçular tərəfindən strateji nəqliyyat arteriyalarına çıxışın əldə edilməsi, həmçinin bu yollarda fəaliyyətin davamlılığının təmin edilməsinə cəhdlərlə müşaiyət olunur. Rusiya-Ukrayna müharibəsinin başlanması ilə Rusiya Federasiyasından qərbə doğru istiqamətlənən ticarət və nəqliyyat yollarının qapanması rəsmi Moskva üçün Şərq və Cənub istiqamətində yeni ticarət tərəfdaşlarının və bazarların tapılmasını prioritet edib. Hazırda bu prosesdə mühüm əhəmiyyət kəsb edən layihələrdən biri də Zəngəzur Dəhlizi hesab edilir. Layihənin həyata keçməsi ilkin baxışda Orta Dəhliz boyu Azərbaycanı Türkiyə, Avropanı isə Asiya ilə birləşdirməklə məhdudlaşmır.

Day.Az Trend-ə istinadən xəbər verir ki, bu nəqliyyat arteriyası həm də Rusiya Federasiyasının Türkiyə Cümhuriyyəti, Yaxın Şərq və İran İslam Respublikası üzərindən Qlobal Cənuba enərək bu regiondakı ölkələr ilə siyasi, iqtisadi və ticarət əlaqələrini gücləndirməq məqsədi ilə hazırki geosiyasi vəziyyətdə həm strateji həm də həyati əhəmiyyət daşıyır. Rəsmi Moskva Qərb dövlətləri tərəfindən ticarət əlaqələrinə son verilən və sanksiyalara məruz qalmış Rusiya Federasiyasının yeni alternativ regionlara çıxışının təmin edilməsini olduqca vacib hesab edir.

Bu məqsədlə 10 noyabr 2020-ci ildə Azərbaycan, Rusiya və Ermənistan hökumət başçılarının iki ölkə arasında münaqişəyə son qoymaq məqsədi ilə imzaladığı birgə bəyanatında Azərbaycan və Ermənistan arasında bərpa olunacaq nəqliyyat əlaqələrinə nəzarət Rusiyanın Federal Təhlükəsizlik Xidmətinə həvalə edilib. Azərbaycan tərəfi üçün maneəsiz hərəkətin reallaşacağı dəhlizə Rusiya sərhədçiləri tərəfindən nəzarət edilməsi onun strateji maraqlarına təhlükə törətmir çünki bu, gələcəkdə rəsmi İrəvanın Azərbaycana qarşı istifadə edə biləcəyi şantaj alətini və ya geosiyasi rıçaqı əlindən almış olur. Şübhəsiz ki, bu hal Rusiya tərəfi üçün də keçərlidir lakin burada Şərq-Qərb dəhlizi ilə bağlı son baş verənlərə diqqət etmək faydalıdır. Rusiya-Ukrayna müharibəsinin başlanması quruda Şərq-Qərb nəqliyyat dəhlizinin Şimal, yəni Rusiya Federasiyasından keçən əsas hissəsinin dayanması və Qırmızı Dənizdə Husilərlə yerli hökumət, o cümlədən koalisiya qüvvələri arasında davam edən toqquşmalar səbəbindən Orta Dəhliz bir sıra güc mərkəzlərinin diqqət mərkəzinə düşüb.

Şərq-Qərb nəqliyyat dəhlizindən kənar qalmış Rusiya üçün Orta Dəhlizin ötürücülük qabiliyətini artıracaq II nəqliyyat arteriyası hesab olunan Zəngəzur Dəhlizinə qoşularaq ondan istifadə edə bilmək qlobal əhəmiyyət daşıyır. Digər tərəfdən Rusiyanın Ermənistana qarşı inamsızlığının getdikcə artması və son illərdə Ermənistanın Qərb strukturlarına doğru sürətlə irəlliləməsi də diqqətdən kənarda qalmamalıdır. Nikol Paşinyan hökuməti məhz Qərb dövlətlərinin dəstəyi ilə nəqliyyat kommunikasiyaların öz nəzarəti altında olmasına israr edə bilir. Hazırda Ermənistanda siyasi və hərbi cəhətdən güclənməyə çalışan Qərb və onun meydandakı əsas təmsilçisi olan Fransa Zəngəzur Dəhlizi layihəsinə qarşı çıxmaqla həm də Rusiyanın yeni regionlara açılması prosesini bloklamağa cəhd edir. Təsadüfi deyil ki, Ukrayna konfliktindən sonra Fransanın Rusiyaya qarşı Moldova, Ukrayna, Gürcüstan və Ermənistan olmaqla Şərqi Avropa boyunca açdığı yeni cəbhədə Odessa və Zəngəzur bölgələri strateji əhəmiyyət kəsb edir. Fransanın Ermənistanın Qafan şəhərində konsulluq təsis edəcəyi ilə bağlı məlumatların yayılması və Emmanuel Makronun Odessanın ələ keçirilməsi ilə bağlı fikirləri yaxın gələcəkdə hər iki bölgədə Fransanın hərbi baxımdan aktivləşmə istəyində olduğuna əsas yaradır.

Digər tərəfdən Rusiya Federasiyasının strateji Zəngəzur bölgəsində nəqliyyat arteriyaları üzərində nəzarət funksiyasını təmin etmək məqsədi ilə varlığını davam etdirməsi qlobal əhəmiyyətli Şimal-Cənub Beynəlxalq Nəqliyyat Dəhlizinin inkişaf perspektivi baxımından da əhəmiyyətlidir. Çünki Şimal-Cənub Beynəlxalq Nəqliyyat Dəhlizi layihəsinin təsdiqlənən (şərq, mərkəz və qərb) istiqamətlərindən kənar yeni yolun Qlobal Cənubu İran-Ermənistan-Digər tərəfdən Rusiya Federasiyasının strateji Zəngəzur bölgəsində nəqliyyat arteriyaları üzərində nəzarət funksiyasını təmin etmək məqsədi ilə varlığını davam etdirməsi qlobal əhəmiyyətli Şimal-Cənub Beynəlxalq Nəqliyyat Dəhlizinin inkişaf perspektivi baxımından da əhəmiyyətlidir. Çünki Şimal-Cənub Beynəlxalq Nəqliyyat Dəhlizi layihəsinin təsdiqlənən (şərq, mərkəz və qərb) istiqamətlərindən kənar yeni yolun Qlobal Cənubu İran-Ermənistan-Gürcüstan üzərindən keçməklə Qara Dəniz və Qərblə bağlaması Rusiya Fedrasiyasının maraqlarına uyğun deyil.

Şəkil 1. Şimal-Cənub Beynəlxalq Nəqliyyat Dəhlizinin təsdiqlənən marşrutları

Məhz bu layihənin kilid bölgəsi hesab edilən Zəngəzur ərazilərində hazırda Ermənistan-İran sərhədi boyu Rusiya Federasiyasının Federal Təhlükəsizlik Xidməti tərəfindən sərhəd nəzarəti həyata keçirilir. Bu baxımdan Rusiya Zəngəzurda "nəzarət-buraxılış" funksiyasının gələcəkdə də davam etməsi və Rusiyadan yan keçməsi planlaşdırılan layihənin baş tutmamasında maraqlıdır. Qərb dünyası isə əksinə İran və onun üzərindən Qlobal Cənubla nəqliyyat-logistika əlaqələrinin Rusiyanın təmsil olunmadığı şəraitdə təmin olunmasına çalışır.

Şəkil 2. Rusiyadan yan keçərək İran-Ermənistan-Gürcüstan üzərindən Qlobal Cənubun Avropa ilə birləşməsi

Beləliklə, Zəngəzur bölgəsi hazırda Qərblə Rusiya arasında Avrasiyadakı növbəti mübarizə məkanına çevrilib və bu prosesin uzun müddət davam etməsi regional əməkdaşlığın qarşısında əngəl yaradır. Şərqi Avropada artıq yeni mübarizə meydanına və ya boz sektora çevrilmiş Ermənistanın vəziyyəti isə "Alatoran"-dır.