Ölkənin informasiya mühitinin çirkləndirilməsi hallarının qarşısını almaq müasir dövrün vacib çağırışlarındandır - MEDİA sədri

Ölkənin informasiya mühitinin çirkləndirilməsi hallarının qarşısını almaqla yanaşı, eyni zamanda medianın və bütövlükdə jurnalistikanın peşəkarlıq səviyyəsinin artırılması müasir dövrün vacib çağırışlarındandır.
Day.Az xəbər verir ki, bunu Medianın İnkişafı Agentliyinin sədri Əhməd İsmayılov Mətbuat Şurasının təşəbbüsü ilə "Müasir mediada yeni trendlər: informasiya təhlükəsizliyi və peşəkarlıq meyarları" mövzusunda keçirilən konfransda çıxışı zamanı deyib.
O bildirib ki, Mətbuat Şurasının məhz belə aktual mövzuda tədbir keçirmək təşəbbüsü çox yaxşıdır.
"Media islahatları zəngin ənənələri olan Azərbaycan mətbuatının simasını müasirləşdirərək onun yeni inkişaf mərhələsinə qədəm qoymasına təkan vermiş, ictimai rəydə jurnalistin nüfuzunun artırılması yönündə ciddi nəticələrə səbəb olub. İlk dəfə olaraq cəmiyyətin media savadlılığının yüksəldilməsi kimi strateji kurs həyata keçirərək, sistemli, konseptual yanaşma sərgiləyib.
44 günlük Vətən Müharibəsində qazanılan qalibiyyət medianın da inkişafına impuls verib, yeni mərhələnin başlanmasını şərtləndirib. Prezident İlham Əliyevin imzaladığı "Azərbaycan Respublikasında media sahəsində islahatların dərinləşdirilməsi haqqında" Fərmanı ilə medianın inkişafında yeni bir mərhələnin bünövrəsi qoyulub", - deyə Ə. İsmayılov vurğulayıb.
Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре