Tanınmış futbolçu karyerasını başa vurub

Ötən mövsümün sonunda Türkiyənin "Qalatasaray" komandasından ayrılan Dris Mertens karyerasını bitirib.

Day.Az xarici KİV-lərə istinadən xəbər verir ki, bu barədə 38 yaşlı belçikalı futbolçu məlumat verib.

 

O, iyulun 3-də özü üçün vida matçı təşkil ediləcəyini açıqlayıb.

Qeyd edək ki, Dris Mertens karyerası ərzində "Qalatasaray"la yanaşı, Niderlandın PSV və İtaliyanın "Napoli" kimi tanınmış klublarında da çıxış edib. O, Belçika millisinin heyətində 109 oyuna 21 qolla yadda qalıb.