Banklar nağdlaşdırmaya görə əlavə faiz tuta bilərmi? - AÇIQLAMA
Son dövrlərdə bəzi bankların müştərilərdən nağdlaşdırma əməliyyatları zamanı əlavə faizlər tələb etməsi ilə bağlı məlumatlar yayılmağa başlayıb.
Bəs bu məlumat nə dərəcədə doğrudur?
Day.Az xəbər verir ki, məsələyə aydınlıq gətirən Mərkəzi Bankın mətbuat xidmətindən bildirilib ki, Azərbaycanda banklarla müştərilər arasındakı münasibətlər "Banklar haqqında" Qanun, Mülki Məcəllə, "Ödəniş xidmətləri və ödəniş sistemləri haqqında" Qanun və bu qanunlara uyğun olaraq Mərkəzi Bank tərəfindən qəbul edilmiş normativ aktlarla tənzimlənir.
Mərkəzi Bankın açıqlamasına görə, qanunvericiliyə əsasən, hər bir bank müştərilərlə bağladığı müqavilələrdə xidmət şərtlərini, o cümlədən faiz dərəcələrini, komissiya haqlarını və digər ödənişləri müəyyən etməkdə tam sərbəstdir. Buna görə də, nağdlaşdırma əməliyyatlarına görə tutulan xidmət haqları bankların öz tarif siyasətinə uyğun olaraq müəyyən olunur.
Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре