https://news.day.az/azerinews/1800527.html Benində hərbçilər hakimiyyəti ələ keçiriblər - VİDEO Hərbçilər Benində hakimiyyəti ələ keçirdiklərini elan ediblər. Day.Az-ın məlumatına görə, bu barədə əsgərlər dövlət televiziyasının efirində deyiblər. Məlumata əsasən, bu səhər ölkənin ən böyük şəhərlərindən biri olan Kotonuda silah səsləri eşidilib.

Benində hərbçilər hakimiyyəti ələ keçiriblər - VİDEO

Azərbaycanca, 7 декабря 2025 14:18 (UTC +04:00) 330
Benində hərbçilər hakimiyyəti ələ keçiriblər

Hərbçilər Benində hakimiyyəti ələ keçirdiklərini elan ediblər.

Day.Az-ın məlumatına görə, bu barədə əsgərlər dövlət televiziyasının efirində deyiblər.

Məlumata əsasən, bu səhər ölkənin ən böyük şəhərlərindən biri olan Kotonuda silah səsləri eşidilib.

Çıxış edən hərbçilər prezident Patris Talonun istefasını, "Hərbi Yenidənqurma Komitəsi"nin yaradılmasını, konstitusiyanın dayandırılmasını və bütün qurumların və siyasi partiyaların ləğvini elan ediblər. Onlar həmçinin ölkə sərhədlərinin bağlandığını açıqlayıblar və "Patris Talonun hakimiyyətini və bəzi vətəndaşların namizədlərini seçmək hüququndan məhrum edilməsini" pisləyiblər.

Попробуй подписку Trend Premium за 1$
Присоединяйтесь к нам в мессенджерах:

Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре

Лента новостей

Еще новости