https://news.day.az/azerinews/1811776.html Putin və Zelenski tezliklə görüşə bilər Vaşinqton administrasiyası Rusiya Prezidenti Vladimir Putin və Ukrayna Prezidenti Vladimir Zelenski arasında görüşün tezliklə baş tuta biləcəyinə inanır. Day.Az axar.az-a istinadən bildirir ki, bu barədə ABŞ rəsmisi "Axios"a bildirib. Mənbənin məlumatına görə, Putin və Zelenski arasında görüşə çox yaxınıq:

Putin və Zelenski tezliklə görüşə bilər

Azərbaycanca, 25 января 2026 11:31 (UTC +04:00) 376
Putin və Zelenski tezliklə görüşə bilər

Vaşinqton administrasiyası Rusiya Prezidenti Vladimir Putin və Ukrayna Prezidenti Vladimir Zelenski arasında görüşün tezliklə baş tuta biləcəyinə inanır.

Day.Az axar.az-a istinadən bildirir ki, bu barədə ABŞ rəsmisi "Axios"a bildirib.

Mənbənin məlumatına görə, Putin və Zelenski arasında görüşə çox yaxınıq:

"Düşünürük ki, buna çox da uzaq deyilik. Əgər indiki kursla irəliləməyə davam etsək, buna nail olacağıq".

Portalın qeyd etdiyinə görə, ABŞ administrasiyasında Əbu-Dabidə (BƏƏ) keçirilən üçtərəfli görüşün Vaşinqtonun gözlədiyindən də yaxşı keçdiyi düşünülür.

Попробуй подписку Trend Premium за 1$
Присоединяйтесь к нам в мессенджерах:

Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре

Лента новостей

Еще новости