"Qarabağ" UEFA Çempionlar Liqasında mübarizəni dayandırdı

01:48

"Qarabağ" UEFA Çempionlar Liqasının pley-off mərhələsində cavab oyununu keçirib.

Day.Az-ın məlumatına görə, "Sent-Ceyms Park" stadionunda İngiltərənin "Nyukasl" klubu ilə qarşılaşan Qurban Qurbanovun baş məşqçisi olduğu kollektiv 2:3 hesabı ilə uduzub.

Ev sahiblərinin qollarını Sandro Tonali (5), Joelinton (6) və Sven Botman (52) vurublar. Ağdam təmsilçisinin heyətində isə Kamilo Duran (51) və Elvin Cəfərquliyev (57) diqqət mərkəzinə düşüblər.

İlk matçda da rəqibinə uduzan (1:6) "köhlən atlar" Çempionlar Liqası ilə vidalaşıb.

01:13

Elvin Cəfərquliyev "Qarabağ"ın ikinci qolunu vurur.

01:08

52-ci dəqiqədə Sem Botman ingilislərin 3-cü qolunu vurur.

01:07

50-ci dəqiqədə Kamilo Duran təmsilçimizin ilk qolunu vurur.

01:00

"Nyukasl"-"Qarabağ" matçında ikinci hissə başlayıb. 

Day.Az xəbər verir ki, ilk hissəsinin yekununda meydan sahiblər 2:0 hesaı ilə öndədirlər.

00:46

"Nyukasl"-"Qarabağ" matçında ilk hissə başa çatıb. 

Day.Az xəbər verir ki, ilk hissəsinin yekununda meydan sahiblər 2:0 hesaı ilə öndədirlər.

00:06

"Nyukasl" UEFA Çempionlar Liqasında pley-off mərhələsinin cavab oyunu çərçivəsində "Qarabağa" ikinci qolu vurub. 

00:05

"Nyukasl" UEFA Çempionlar Liqasında pley-off mərhələsinin cavab oyunu çərçivəsində "Qarabağ"la oyunda hesabı açıb.

00:00

UEFA Çempionlar Liqasında pley-off mərhələsinin cavab oyunu çərçivəsində "Nyukasl"-"Qarabağ" matçı start götürüb.