Ötən il üzrə ödəniş sistemləri ilə reallaşdırılan göstəricilər məlum olub
2025-ci ildə Azərbaycanda Milli Ödəniş Sisteminin (MÖS) əsas komponentləri olan Real Vaxt Rejimində Banklararası Hesablaşmalar Sistemi (AZIPS), Xırda Ödənişlər üzrə Hesablaşma Klirinq Sistemi (XÖHKS) və Ani Ödənişlər Sistemi (AÖS) vasitəsilə həyata keçirilən ödənişlərin həcmi 840.9 milyard manat, ödənişlərin sayı isə 145.2 milyon ədəd olub.
Trend bu barədə Mərkəzi Banka istinadən xəbər verir.
Məlumata görə, 2025-ci il ərzində AZIPS vasitəsilə emal olunan əməliyyatların sayı 2.4 milyon ədəd, həcmi isə 784 milyard manat təşkil edib. 2024-cü illə müqayisədə AZIPS vasitəsilə kommersiya bankları tərəfindən icra olunan əməliyyatların sayında 3.5%, həcmi üzrə isə 5.7% artım qeydə alınıb.
XÖHKS vasitəsilə 2025-ci il ərzində 54.3 milyard manat həcmində 132.8 milyon ədəd ödəniş əməliyyatının klirinqi həyata keçirilib.
Eyni zamanda Milli Ödəniş Sisteminin ən müasir komponentlərindən biri olan və 7/24 rejimində fasiləsiz fəaliyyət göstərən AÖS vasitəsilə icra edilən əməliyyatların sayı isə 2024-cü illə müqayisədə 12.5 dəfə, həcmi 90.1% artıb.
Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре