https://news.day.az/azerinews/1823951.html Ceyhun Bayramov iranlı həmkarı ilə regional vəziyyəti müzakirə edib 23 mart tarixində Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov ilə İran İslam Respublikasının xarici işlər naziri Seyid Abbas Əraqçi arasında telefon danışığı baş tutub. Day.Az xəbər verir ki, bu barədə XİN məlumat yayıb. Telefon danışığı zamanı regional vəziyyət müzakirə olunub.

Ceyhun Bayramov iranlı həmkarı ilə regional vəziyyəti müzakirə edib

Azərbaycanca, 23 марта 2026 21:21 (UTC +04:00) 456
Ceyhun Bayramov iranlı həmkarı ilə regional vəziyyəti müzakirə edib

23 mart tarixində Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov ilə İran İslam Respublikasının xarici işlər naziri Seyid Abbas Əraqçi arasında telefon danışığı baş tutub.

Day.Az xəbər verir ki, bu barədə XİN məlumat yayıb.

Telefon danışığı zamanı regional vəziyyət müzakirə olunub. Nazirlər bölgədə hərbi eskalasiyaya son qoyulması istiqamətində mümkün səylər və Xəzər dənizi bölgəsində təhlükəsizliyin təmin olunmasının əhəmiyyəti barədə fikir mübadiləsi aparıblar.

Nazir Ceyhun Bayramov həmçinin İran ərazisindən Naxçıvan Muxtar Respublikasına dron hücumları ilə bağlı araşdırmanın tamamlanması üzrə gözləntilərini diqqətə çatdırıb.

Nazirlər qarşılıqlı maraq doğuran ikitərəfli məsələlər üzrə də fikir mübadiləsi aparıblar.

Попробуй подписку Trend Premium за 1$
Присоединяйтесь к нам в мессенджерах:

Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре

Лента новостей

Еще новости