İnzibati xəta haqqında qərarın surəti nəqliyyat vasitəsinin ön şüşəsinə qoyulmayacaq

Prezident İlham Əliyev "Yol hərəkəti haqqında" qanunda dəyişiklik edilməsi barədə qanunu təsdiqləyib.

Day.Az AZƏRTAC-a istinadən xəbər verir ki, yeniləniş qanuna əsasən, bundan sonra İnzibati Xətalar Məcəlləsinin 346.1-ci, 346.2-ci, 346.4-346.9-cu, 346-1.1-346-1.4-cü və 346-1.6-346-1.8-ci maddələrində nəzərdə tutulmuş inzibati xətaları törətmiş şəxs nəqliyyat vasitəsinin yanında olmadığı hallarda tərtib edilmiş inzibati xəta haqqında qərarın surəti nəqliyyat vasitəsinin ön şüşəsinə qoyulmayacaq.