İran Azərbaycanla koordinasiya etməklə milyonlarla ton yükün daşınmasına nail ola bilər

İran Azərbaycan və Ermənistanla koordinasiya etməklə İranın Culfa rayonundan Rusiyaya qədər dəmiryolu vasitəsi ilə ildə milyonlarla ton yükün daşınmasına nail ola bilər.

Day.Az-ın məlumatına görə, bunu İran parlamentinin deputatı Əlirza Novin parlamentin Abadlıq Komitəsinin İranın yol və şəhərsalma naziri Fərzanə Sadeqlə iclasından sonra jurnalistlərə açıqlamasında deyib.

Onun sözlərinə görə, dəhlizlərin bərpası və inkişaf etdirilməsi yolu ilə 110 milyon ton yükün idxal və ixracı üçün baxışların dəyişməsi, bütün icraedici qurumların qarşılıqlı əməkdaşlığı və iqtisadi diplomatiyanın gücləndirilməsi zəruridir.

 

Novin qeyd edib ki, müharibə və dəniz blokadası vəziyyətində limanlara alternativ üçün mövcud seçimlərdən istifadə etmək lazımdır.

Qeyd edək ki, 28 fevral -7 aprel ABŞ, İsrail və İran arasında baş verən müharibə nəticəsində Hörmüz boğazından sərbəst şəkildə gəmilərin keçidinə ciddi şəkildə məhdudiyyət yaranıb.

Əlavə edək ki, müharibə şəraiti və dəniz blokadası İranın məhsul idxalı və ixracında xərclərin artması ilə nəticələnib.