ABŞ-ın İrana qarşı yeni hərbi əməliyyat planlaşdırır - Qalibaf
İran Parlamentinin sədri Məhəmməd Baqir Qalibaf ABŞ-ın İrana qarşı yeni hərbi əməliyyat planlaşdırdığını və Tehranın hücumu cavabsız qoymayacağını bildirib.
Day.Az bu barədə xarici mediaya istinadla xəbər verir.
Qalibaf bildirib ki, ABŞ-nin həm açıq, həm də gizli hərəkətləri göstərir ki, iqtisadi və siyasi təzyiqlərə baxmayaraq, o, hərbi məqsədlərindən əl çəkməyib və yeni bir müharibə mərhələsi axtarır.
O, İran hakimiyyətinin ABŞ-ı peşman edəcəyinə əmin olduğunu deyib. Qalibaf əlavə edib ki, Vaşinqton hələ də İranın təslim olmasına ümid edir. O, potensial hücumlar təhlükəsi səbəbindən iranlıları əks tədbirlərə hazırlaşmağa davam etmələri barədə xəbərdar edib.
Spiker əlavə edib ki, İran hökuməti hərbi əməliyyatlar nəticəsində ölkə iqtisadiyyatının pisləşməsi ilə bağlı vəziyyəti həll edir.
Mayın 18-də ABŞ prezidenti Donald Tramp Qətər, Səudiyyə Ərəbistanı və BƏƏ liderlərinin xahişindən sonra mayın 19-da İrana planlaşdırılan hücumun təxirə salınmasını əmr etdiyini açıqlayıb.
Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре