https://news.day.az/azerinews/1837454.html Bu mesajlara qətiyyən ALDANMAYIN Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Elektron Təhlükəsizlik Xidməti (ETX) vətəndaşlara qarşı yönəlmiş növbəti fişinq (smishing) kampaniyası aşkarlayıb. ETX-dən Day.Az-a verilən məlumata görə, aparılan monitorinqlər nəticəsində kiberdələduzların "Azərpoçt" MMC-nin adından sui-istifadə etdiyi müəyyən olunub.

Bu mesajlara qətiyyən ALDANMAYIN

Azərbaycanca, 26 мая 2026 17:07 (UTC +04:00) 269
Bu mesajlara qətiyyən

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Elektron Təhlükəsizlik Xidməti (ETX) vətəndaşlara qarşı yönəlmiş növbəti fişinq (smishing) kampaniyası aşkarlayıb.

ETX-dən Day.Az-a verilən məlumata görə, aparılan monitorinqlər nəticəsində kiberdələduzların "Azərpoçt" MMC-nin adından sui-istifadə etdiyi müəyyən olunub. Belə ki, dələduzlar vətəndaşlara SMS mesajlar göndərərək onları fərdi və maliyyə məlumatlarını ələ keçirmək məqsədi daşıyan saxta https://azerpost.389159.com.az veb-səhifəsinə yönləndirirlər.

Bununla əlaqədar ETX vətəndaşlara tanımadıqları mənbələrdən göndərilən SMS mesajlarındakı keçidlərə daxil olmamağı, bank kartı və digər fərdi məlumatlarını şübhəli linklər vasitəsilə paylaşmamağı tövsiyə edir.

Eyni zamanda, göndərilmiş bildirişlərin doğruluğunu rəsmi mənbələrdən - "Azərpoçt"un - "169" Çağrı mərkəzi və ETX-nin qaynar xətti - "1654", eləcə də hər iki qurumun rəsmi sosial media hesablarına müraciət edərək bildirməyi tövsiyə edir.

Попробуй подписку Trend Premium за 1$
Присоединяйтесь к нам в мессенджерах:

Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре

Лента новостей

Еще новости