Xalq artistinin etirafları: "Günahlarım yadıma düşəndə tər basır"
Day.Az представляет новость на азербайджанском языке
Xalq artisti Ramiz Novruz bildirib ki, günahları yadına düşəndə onu tər basır və çox utanır.
Milli.Az xəbər verir ki, publika.az-ın "Üç nöqtə" layihəsində etiraflarını dilə gətirən aktyor hesab edir ki, həyatda ən böyük səhvi dostluğa layiq olmayan insanları dost bilməsidir.
Layihəmizin yarım qalmış cümlələrini tamamlayan R.Novruz onu narahat edən məqamlara toxunub.
- İndiki ağlım olsaydı...
- Yenə bu sənətə gələrdim.
- Zəmanət verə bilərəm ki...
- Azərbaycan kinosu uğurla inkişaf edir.
- Dünyanı dəyişmək imkanım olsaydı...
- Əgər belə imkan olsaydı, birinci növbədə Azərbaycanın ərazi bütövlüyünü təmin edərdim.
- Kişilər o qadınlara xəyanət etmir ki...
- Gözəl qadın çoxdur, xəyanət etməmək mümkün deyil.
- Seviləsi qadın olmağın ilkin şərti...
- Səmimi və dürüst olsun yetər.
- Qadınlar yaşını ona görə gizlədir ki...
- Çünki onlar həmişə gəncdilər.
- Qadına qarşı şiddət...
- Kişinin ən zəif cəhətidir.
- Vicdanıma and olsun ki...
- İşimə xəyanət etməmişəm.
- Təəssüf edirəm ki...
- Teatr və kinomuz dünya çapında ən uğurlu işlərini hələ təqdim edə bilməyib.
- Vanqa nənə ilə görüşsəydim...
- Soruşardım ki, biz bu murdar qonşularımızdan nə vaxt xilas olacağıq?
- Küsülü olduğum insana demək istəyirəm ki...
- O səhv edib, cılız hisslərlə yaşamasın.
- Ən böyük səhvim o olub ki...
- Dostluğa layiq olmayan insanları dost bilmişəm.
- Kiminsə yalan danışdığını hiss edəndə...
- Onun əvəzinə utanıram və özümü inanırmış kimi göstərirəm.
- Allah insanları ona görə qeyri-bərabər yaradıb ki...
- Hətta barmaq izlərimizə qədər müxtəlifdir. Yeganə düzgün böldüyü ağıldır.
- Bəşəriyyətin gələcəyi haqqında fikirləşəndə...
- Məmməd Arazın bu sözləri yadıma düşür: "Ya Rəbbi bu dünya sən quran deyil!"
- Günahlarım yadıma düşəndə...
- Məni tər basır, utanıram.
- Övladlarıma və dostlarıma ən çox onu məsləhət görürəm ki...
- Sevdikləri və bacardıqları işlərlə məşğul olsunlar. İşini sevsən, amma bacarmasan hörmət qazana bilməyəcəksən. Gördüyün işi bacarsan, amma sevməsən, ruhun olmayacaq.
- İlahi ədalətə inancımı o zaman itirdim ki...
- İtirməmişəm.
- Heç vaxt icazə vermirəm ki...
- Özümə və sevdiklərimə xəyanət edim.
- O zaman riskə gedirəm ki...
- Başqalarının bu riskdən əziyyət çəkməyəcəyini biləndə risk edirəm.
- Çıxılmaz vəziyyətə düşəndə...
- Allaha şükür edirəm, bundan da pis ola bilərdi.
- Yaxşı gündə, pis gündə...
- İnsan yaxşı günündə də, pis günündə də simasını itirməməlidir, ləyaqətini qorumalıdır.
- Cavablar üçün təşəkkür edirəm, biz sizə ancaq gözəl günlərin nəsib olmasını arzu edirik.
- Minnətdaram.
Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.
Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре