17 yaşlı oğlana 4 bıçaq zərbəsi vurdular

Day.Az представляет новость на азербайджанском языке.

Bərdə rayonunda 17 yaşlı gənc bıçaqlanıb.

Milli.Az report-a istinadən xəbər verir ki, hadisə rayonun Kətəlparaq kəndində qeydə alınıb. 

Belə ki, kənd sakini, 2000-ci il təvəllüdlü Şükür Sərdar oğlu Rzayev həmkəndlisi tərəfindən bıçaqlanıb. Kürək nahiyəsindən 4 bıçaq zərbəsi alan gənc Bərdə Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. Hazırda yaralının vəziyyətinin ağır olduğu bildirilir. 

Faktla bağlı araşdırma aparılır.

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.