Dövlət Bayrağı Gününə həsr olunmuş festival keçirilib
Day.Az представляет новость на азербайджанском языке
Bu gün Bakı İdman Sarayında 9 noyabr - Azərbaycan Respublikasının Dövlət Bayrağı Gününə həsr olunmuş "Dördüncü Bayraq Festivalı" keçirilib.
Day.Az Trend-ə istinadən xəbər verir ki, tədbirdə Azərbaycan Prezidenti Administrasiyasının rəsmiləri, nazir müavinləri, millət vəkilləri, Azərbaycan Fövqəladə Hallar, Daxili İşlər və Müdafiə nazirliklərinin, Dövlət Təhlükəsizliyi Xidmətinin hərbçiləri, gənclər və digər qonaqlar iştirak ediblər.
Tədbirdə əvvəlində Azərbaycan bayrağından söz açılıb, videoçarx nümayiş etdirilib. Daha sonra Azərbaycan dövlət bayraqlarının tarixinə nəzər salınıb və tarixin müxtəlif dövrlərində mövcud olmuş dövlət bayraqlarımız nümayiş etdirilib.
Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.
Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре