Fırtınalı hava şəraiti ilə əlaqədar Bakı-İstanbul aviareysləri təxirə salınıb

Day.Az представляет новость на азербайджанском языке

Yanvarın 17-də İstanbulda gözlənilən fırtınalı hava şəraiti ilə əlaqədar "Türk Hava Yolları" (THY) iki Bakı-İstanbul aviareysini təxirə salıb.

Trend-in məlumatına görə, bu barədə "Türk Hava Yolları"nın rəsmi saytında yerləşdirilmiş məlumatda deyilir.

Xatırladaq ki, ilk təyyarə yerli vaxtla saat 06:10-da, ikinci təyyarə isə 20:55-də Bakıdan İstanbula uçmalı idilər.

Qeyd edək ki, son günlər "Türkiyə Hava Yolları" aviaşirkəti əlverişsiz hava şəraiti ilə əlaqədar onlarla reysi təxirə salıb.

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.