Bakıda qəza: yaralı var

Day.Az представляет новость на азербайджанском языке.

Bakının Binəqədi rayonunda iki avtomobil toqquşub. 

Milli.Az Fövqəladə Hallar Nazirliyinin saytına istinadən bildirir ki, qurumun Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Binəqədi rayonunda "Saipa" və "Mercedes" markalı minik avtomobillərinin toqquşması ilə nəticələnən yol-nəqliyyat qəzası haqda məlumat daxil olub. Dərhal nazirliyin Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri hadisə yerinə cəlb olunaraq "Saipa" markalı avtomobildə sıxılmış vəziyyətdə qalmış sürücünü çıxararaq aidiyyəti üzrə təhvil veriblər. Əməliyyat saat 23:28-də başa çatıb.

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.