Ağdamda dağıntılar

Bu günlərdə erməni hərbçilərinin hədəfindəki yaşayış məntəqələrindən biri də Ağdam olub.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, Ağdam rayonunun Sarıcalı, Zəngişalı, Evoğlu, Əfətli və digər kəndləri minaatanlardan və ağır artilleriyadan davamlı atəşə məruz qalıb. Rayonda bir məktəb, 21 ev dağıdılıb, 1 mülki şəxs həlak olub, 8 nəfər yaralanıb.