Avtobus ağaca çırpıldı: ölən və yaralananlar var

Day.Az представляет новость на азербайджанском языке

Bu gün axşam saatlarında Daşkəsəndə ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. Hadisə rayonun Zəylik kəndində qeydə alınıb.

Milli.Az Kəpəz TV-yə (Region TV) istinadən bildirir ki, sürücünün sərnişin avtobusunda idarəetməni itirməsi nəticəsində nəqliyyat vasitəsi yoldan çıxaraq iri gövdəli ağaca çırpılıb, nəticədə bir nəfər ölub, bir neçə nəfər yaralanıb. Yaralılar Gəncə Şəhər Təcili Tibbi Yardım Xəstəxanasına gətiriliblər. Faktla bağlı Daşkəsən Rayon Polis Şöbəsində araşdırmalara başlanılıb.

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.