25 saylı Nizami ikinci seçki dairəsi üzrə məntəqələrdə səsvermə prosesini 343 müşahidəçi izləyir

Day.Az представляет новость на азербайджанском языке

25 saylı Nizami 2-ci seçki dairəsinin tərkibindəki seçki məntəqələrində ümumxalq səsverməsi (referendum) başlayıb.

Dairə seçki komissiyasının sədri Heydər Vəliyev AZƏRTAC-a bildirib ki, dairə üzrə 33 seçki məntəqəsində 44614 nəfər səs verəcək. Onlardan 481-i ilk dəfə səs verən gənclərdir. Dairə üzrə 33 məntəqənin 10-da veb-kamera quraşdırılıb. Səsvermə prosesini 343 müşahidəçi izləyir.

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.