Azərbaycanın Gürcüstandakı səfirliyində səsvermə başlayıb

Day.Az представляет новость на азербайджанском языке

Azərbaycanın Gürcüstandakı səfirliyində Konstitusiya dəyişikliyi ilə bağlı referendum çərçivəsində səsvermə başlayıb.

APA-nın məlumatına görə, ilk səs verən səfir Azər Hüseyn olub. Sonra səfirlik əməkdaşları səs veriblər.

Səfirlikdəki seçki məntəqəsində Azərbaycan vətəndaşlarının səs verməsi üçün lazımi şərait yaradılıb. Seçici siyahısında 470 seçici qeydiyyatdadır. Məntəqə 17 saylı Yasamal 3-cü seçki dairəsinin 46 saylı seçki məntəqəsinə daxil edilib.

Səsvermədə Gürcüstanda fəaliyyət göstərən müxtəlif şirkətlərdə çalışan, Tiflis universitetlərində təhsil alan, Gürcüstanda müvəqqəti yaşayan Azərbaycan vətəndaşları və azərbaycanlı turistlər iştirak edirlər.

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.