Azərbaycanda avtomobil yolu çökdü

Day.Az представляет новость на азербайджанском языке

20 min nəfər əhalinin yaşadığı, 23 yaşayış məntəqəsini birləşdirən, yenicə istifadəyə verilmiş Cəlilabad-Astanlı-Cəngan-Soltankənd avtomobil yolunun Soltankənd hissəsi çöküb.

Day.Az salamnews-a istinadən bildirir ki, bu barədə kənd sakinləri məlumat veriblər.
Bildirilib ki, hazırda yolda gediş-gəliş tamamilə məhdudlaşıb. Hadisə yerinə aidiyyəti qurumlar gəliblər.
İlkin məlumata görə, yolun çökməsinə səbəb son günlər rayon ərazisində yağan aramsız yağışlardır. 

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.