"Kamranı qış fasiləsində qaytarmağa çalışacağıq"

Day.Az представляет новость на азербайджанском языке

"Bovaişta"nın baş məşqçisi Migel Leal keçirdiyi mətbuat konfransında zədəli oyunçuların durumu haqqında danışıb.

Day.Az apasport.az-a istinadən xəbər verir ki, portuqaliyalı mütəxəssis milli komandamızın qapıçısı Kamran Ağayevin vəziyyətinə də aydınlıq gətirib. 

"Kamran Ağayev və Fabio Eşpinyo bu oyunda çıxış etməyəcəklər. Çətin qarşılaşma olacaq, ancaq azarkeşlərimizin də dəstəyi ilə qalib gəlməyə çalışacağıq. Ağayevin vəziyyəti nisbətən daha ağırdır. Onu qış fasiləsində heyətə qaytarmağa çalışacağıq".
 
Qeyd edək ki, "Boavişta" Portuqaliya çempionatında növbəti matçını dekabrln 6-da "Pakoş Fereyra"ya qarşı keçirəcək.

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.