BMT-dəki səfir: "ABŞ Minsk Qrupunun Qarabağ münaqişəsinin həllinə olan yanaşmasına sadiqdir"

Day.Az представляет новость на азербайджанском языке

ABŞ Dağlıq Qarabağ münaqişəsinə dair Minsk Qrupunun problemin dinc vasitələrlə davamlı həllinə olan yanaşmasına sadiqdir və tərəfləri atəşkəsə riayət etməyə, etimadın möhkəmlənməsi üzrə razılaşdırılmış tədbirləri həyata keçirməyə və danışıqları bərpa etməyə çağırır.

Day.Az xəbər verir ki, ABŞ-ın Azərbaycandakı səfirliyindən Trend-ə verilən məlumata görə, bunu bu ölkənin Birləşmiş Millətlər Təşkilatındakı səfiri Nikki Heley BMT-in Təhlükəsizlik Şurasının "Avropada Təhlükəsizlik" Sessiyasındakı çıxışı zamanı deyib.

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.