"Barselona" Messinin müdafiəsinə qalxdı

Day.Az представляет новость на азербайджанском языке

İspaniyanın "Barselona" klubu FİFA tərəfindən 4 oyunluq cəzaya məruz qalan argentinalı futbolçusunun müdafiəsinə qalxdı.

Day.Az goal.az-a istinadən xəbər verir ki, klubun yaydığı açıqlamada qərarın təəccüb və narazılıqla qarşılandığı qeyd olunub:

"Argentinalı futbolçumuza verilən 4 oyunluq cəzanı ədalətsiz və qanunsuz hesab edirik".

Açıqlamada idman və idmandan kənar nümunə göstərilən Messinin klub olaraq yanında olduqlarını bildiriblər.

 

Xatırladaq ki, Messi Argentina-Çili qarşılaşmasında yan xətt hakimi ilə mübahisə etdiyinə görə FİFA tərəfindən 4 oyunluq cəza alıb. Messisiz Argentina Boliviya oyunda 0:2 hesablı məğlubiyyətlə üzləşib.

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.