Şvaynştaygerin "Çikaqo" da qazanacağı məbləğ açıqlandı

Day.Az представляет новость на азербайджанском языке

Alman yarımmüdafiəçi Bastian Şvaynştayqer ABŞ-ın "Çikaqo Fayr" klubunun futbolçusu qismində təqdim olunub.

Day.Az report-a istinadən xəbər verir ki, bu barədə Amerika klubunun rəsmi "Twitter" səhifəsi məlumat yayıb.

Uzadılma mümkünlüyü ilə bir il müddətinə nəzərdə tutulan müqavilənin şərtinə görə, "Mançester Yunayted"dən transfer olunan 32 yaşlı oyunçu ilinə 4,5 milyon dollar qazanacaq.

 

Şvaynştayqerin yeni klubunda debütü aprelin 1-də MLS çempionatının "Monreal"a qarşı keçiriləcək ev oyununda ola bilər.

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.