Çində niqab qadağan edildi

Day.Az представляет новость на азербайджанском языке

Çin hökuməti Sintszyan-Uyğur Muxtar rayonunda niqabın taxılmasını qadağan edib.

Trend-in məlumatına görə, bu qərar bölgədə ekstremizmlə mübarizə tədbirləri çərçivəsində qəbul olunub.

Yeni qərar aprelin 1-dən qüvvəyə minəcək. Qərara əsasən, hava limanlarında və vağzallarda əməkdaşlar niqab taxan qadınlar arasında iş aparmalı olacaqlar. Çünki qərardan sonra niqablı qadınların ictimai nəqliyyata daxil olması qadağan ediləcək.

Bundan başqa, qərara əsasən, burada Çinə uyğun olmayan saqqalların saxlanması da qadağan olunacaq.

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.