https://news.day.az/azerinews/887162.html
Qatarla Naxçıvana getmək nə vaxt mümkün olacaq?
Qatarla Naxçıvana getmək nə vaxt mümkün olacaq?
Bakı-Naxçıvan dəmir yolu Rəşt-Astara dəmir yolunun bir hissəsinin tikintisi barədə kredit sazişinin imzalanmasından 3 il sonra işə düşəcək.
Milli.Az Trend-ə istinadən bildirir ki, bunu "Azərbaycan Dəmir Yolları" QSC-nin sədri Cavid Qurbanov deyib.
Onun sözlərinə görə, hazırda həmin kredit sazişinin imzalanması üçün hazırlıq işləri aparılır: "Bu marşrut üzrə qatarlar hərəkətə başlayandan sonra demək olar ki, Naxçıvanın dəmir yolu blokadası aradan qalxacaq. Saatda 60 kilometr orta sürəti nəzərə alaraq Bakıdan Naxçıvana 28-30 saata çatmaq olar".
C.Qurbanov qeyd edib ki, bu, həm Naxçıvana turist axınını artıracaq, həm də yükdaşımalarını asanlaşdıracaq.
Читать Day.Az в:
Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре