"Onlardan qaçıram" - Xalq artisti

Day.Az представляет новость на азербайджанском языке

"Dedi-qodulardan, maqazin verilişlərindən qaçıram. İfaçı sənəti ilə məşhurlaşanda yaxşı olur. Sənət adamı içinin məhsulunu səhnəyə tökməlidir. Danışmaqla heç nə əldə etmək olmaz".

Day.Az axşam.az-a istinadən xəbər verir ki, bu sözləri xalq artisti Nəzakət Teymurova "ATV maqazin onlarla" verilişinə açıqlamasında deyib.

Muğam ifaçısı İtaliyada disk buraxdırcağını söyləyib:

 

"İtaliyada diskim çıxacaq. Yəqin ki, ona təqdimat da ediləcək. İş hazır olanda tamaşaçılara bu haqda geniş məlumat da verəcəm".

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.