Habil Əliyevdən son xəbər

Habil Əliyevin səhhətində heç bir irəliləyiş yoxdur. O, hələ də komadır. Onun ətrafinda günümüzü dua etməklə keçiririk
Bunu anspress-ə açıqlamasında xalq artistinin ailə üzvləri bildiriblər.
Onların sözlərinə görə, hazırda sənətkara oksigen balonu vasitəsi ilə nəfəs verilir.
"Həkimlər sağalacağına, yaxud vəziyyətinin daha da pisləşəcəyinə dair heç bir proqnoz verə bilmirlər. Çünki hazırda sənətkarın şüuru qapalı vəziyyətdədir. Ancaq ona lazımi bütün müalicə edilir", - deyə ailədən bildirdilər.
Kaman ustasının ailəsi dünən mətbuatı yalnış yazılar yazmaqda qınamışdı.
Kamança ustası Habil Əliyev səhhətində yaranan problemlərə görə avqust ayının 15-də ürək və tənəffüz çatışmazlığı diaqnozu ilə xəstəxanaya yerləşdirilmiş, səhhəti normallaşdıqdan sonra müayinəsini evdə davam etdirməsi üçün avqust ayının 22-də evə buraxılmış, bir neçə gün əvvəl isə yenidən komaya düşmüşdü.
Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре