Qafqaz Universitetinin qarşısında qəza

Day.Az представляет новость на азербайджанском языке.

Abşeron rayonunun Xırdalan şəhərində yol qəzası baş verib. Milli.Az APA-ya istinadən xəbər verir ki, yol qəzası bu gün saat 09:50-də Xırdalanda, Qafqaz Universitetinin qarşısında qeydə alınıb.

Sürücüsü məlum olmayan "Mercedes" markalı avtomobil idarəetmədən çıxaraq yol kənarında olan maneəyə çırpılıb.

Qəza nəticəsində sürücü xəsarət alıb.