Azəri Günel: "Bu məsələlərlə gündəmə gəlmək istəmirəm"

Day.Az представляет новость на азербайджанском языке.

Müğənni Azəri Günel Zeynalova yeni sinqlini Türkiyədə təqdim edib.

Ötən gün sənətçi İstanbulda "Tatlısəs kabab" adlı məkanda "Layiq deyilsən" adlı yeni sinqli ilə bağlı mətbuat konfransı keçirib.

Axşam.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, təqdimata gələn jurnalistlərdən Rza Zərrab haqqında sual verməmələrini xahiş edən müğənni: "Evlənib uşaq sahibi olmuş biri haqqında danışmaq doğru deyil. Nə olar, onun haqqında suallar verməyin, bu məsələlərlə gündəmə gəlmək istəmirəm", - deyib.