https://news.day.az/showbiz/609535.html
"Azərbaycanın səsi"ndə gərgin anlar yaşandı - FOTO
Day.Az представляет новость на азербайджанском языке:
ATV-də yayımlanan "Azərbaycanın səsi" yarışmasında gərgin anlar yaşanıb.
Milli.Az axşam.az-a istinadən xəbər verir ki, münsiflər yarışmaçıların çıxışlarını bəyənməyib. Bu dəfə iştirakçılar duet səsləndiriblər.
Əməkdar artist Elza Seyidcahan yarışmaçıların çıxışını biabırçılıq adlandırıb:
"Çıxışlarınız pisdir, biabırçılıqdır".
Xalq artisti Nisə Qasımova da ifaları bəyənmədiyini vurğulayıb:
"Bunlar biabırçı oxuyanlar deyillər. İradım kiminsə qəlbinə toxunmasın. Ayrı-ayrılıqda hamısı yaxşı ifaçıdır. Hamısı türk dilində oxuyur. Hərəkətlərini də türklərə bənzədirlər. Məşqdə başqa cür olurlar. Efirdə isə sürpriz edirlər".
Müğənni Nadir Qafarzadə isə "İrad deyilsə də, sms toplayırlar. Dediyimiz elə bizə qalır. Çox saymamazlıq edirlər" deyə, bildirib.
Müğənni Elton Hüseynəliyev isə yarışmaçıları hörmətsizlik etməkdə günahlandırıb:
"Burada yarışmaçılar münsifləri saymır. Hamı özünü reklam edir, ürəyi istəyəni oxuyur. Mən müsabiqədən çıxandan sonra neçənci olduğuma önəm vermədim. Məni sənət maraqlandırdı".
Aparıcılığı Afaq Gəncəli və Ruslan Ağayevə həvalə olunan yarışmanı bu həftə səkkiz iştirakçı tərk edib.
Qeyd edək ki, müsabiqənin qalibi ölkəmizi "Türkvision"da təmsil edəcək.
Böyütmək üçün klikləyin:

Читать Day.Az в:
Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре