Elnarə: "Görməmişlik edirdim, bilmirdim nə idi"

Day.Az представляет новость на азербайджанском языке.
ANS-in aparıcısı Elnarə Təhməzova sosial şəbəkədən istifadə etməməsinin səbəbini açıqlayıb.
Axşam.az-ın məlumatına görə, o, "İncə maraqlar" verilişində təkcə "Facebook"da qeydiyyatdan keçdiyini bildirib:
"Onu da işlə əlaqədar saxlamışam. Əvvəl elə bilirdim ki, kim dostluq atırsa, qəbul etməliyəm. Görməmişlik edirdim, bilmirdim nə idi. Hər yazana cavab verirdim. Daha sonra fəsadları çıxırdı. Kiminsə salamına cavab vermirdimsə, yazırdılar ki, "lovğasan, özündən razı qızsan". Başladım lazım olmayan insanları silməyə. İnstagram-ı da bağladım. Hansısa oteldə olanda izləyicilərlə bölüşürdüm. Bunu da xəbər edirdilər. İnsanlarda sosial şəbəkədə paylaşılanların altından tənqidlər yazırdılar. "Periscope"dan isə istifadə etmirəm".
Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.
Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре