Astarada yanğın hadisəsi baş verib

Day.Az представляет новость на азербайджанском языке.


Azərbaycanın Astara rayonunda yanğın hadisəsi baş verib.
 

Fövqəladə Hallar Nazirliyinin (FHN) Astara Rayon Yanğından Mühafizə Hissəsindən APA-ya verilən məlumata görə, hadisə aprelin 27-də saat 13:30 radələrində rayonun Kijəbə qəsəbə sakini, 1937-ci il təvəllüdlü Səttar Sahib oğlu Mərifova məxsus ümumi sahəsi 165 kvadratmetr olan 5 otaqlı birmərtəbəli fərdi yaşayış evində qeydə alınıb.

İki yanğınsöndürən maşın və canlı qüvvənin vaxtında müdaxiləsi nəticəsində yanğının əhatə dairəsinin genişlənməsinin qarşısı alınıb. Yanğın zamanı xəsarət alan olmasa da, evin iki otağı və dam örtüyünün yanar konstruksiyaları 40 kv.m sahədə yanaraq yararsız vəziyyətə düşüb.