Azərbaycanlı müğənni Moskvada vəhşicəsinə döyüldü - YENİLƏNİB Day.Az представляет новость на азербайджанском языке:

21:12

Azərbaycanlı müğənni Vüqar Muradovun Moskvada meşədə döyülməsi ilə bağlı şok faktlar ortaya çıxıb. Milli.Az xəbər verir ki, hadisənin təfərrüatları barədə lent.az-a açıqlama verən V.Muradovun yaxın dostu, iş adamı, bəstəkar Ruslan Əhmədoğlu bildirib ki, ifaçını Moskvaya toya təklif edən şəxs azərbaycanlı prodüser olub: "Vüqara Moskvadan təklif gələndə dedik, maraqlan, gör kimdir? O da dedi ki, toyu mənə təklif edən şəxs aşıq Samirənin keçmiş əri, prodüser Rizvan Məmmədovdur. Məhz toy Rizvan tərəfindən təklif olunduğuna görə, düşünmədən razılıq verdi. İndi biz aşıq Samirə ilə də əlaqə saxladıq, dedi ki, keçmiş əri Gürcüstandadır. Yəni, bizim bildiyimiz qədər, Vüqarı toy adı ilə Moskvaya dəvət edən şəxs Rizvan olub".

R.Əhmədoğlu V.Muradovun döyülməsinin kim tərəfindən sifariş olunduğunu da təxmin etdi: "Bir müddət öncə Vüqar həmkarı Fidan Süleymanova ilə efirdə söhbətində İmişli rayonu barədə bəzi fikirlər səsləndirmişdi. Onu Moskvada döyən adamlar da Vüqara deyiblər ki, "sən kimsən ki, İmişliyə sataşmısan?" Onu da deyim ki, Fidan xanım özü də hazırda Moskvadadır. Vüqar xaraktercə aqressivdir. Ola bilər ki, fikrini deyib, kimlərinsə xoşuna gəlməyib, cavabında bu işi ediblər. Onu döyən şəxslər hadisədən sonra verdikləri 1000 manat pulun 900 manatını götürərək, ərazidən uzaqlaşıblar. Artıq Vüqarla bütün əlaqələrini quran adam da tapılıb. Hadisəni törədənlərdən biri də Şəmkir sakinidir. Hadisə ilə bağlı araşdırmalar davam etdirilir. Bu işdə əli olan hər kəs cəzalandırılacaq".

R.Əhmədoğlu onu da əlavə etdi ki, hadisə ilə bağlı Azərbaycanın Rusiyadakı səfirliyinin attaşesi Toğrul Mahmudova məlumat verilib.

----------
17:51

Azərbaycanlı müğənni Vüqar Muradov Rusiyanın paytaxtı Moskvada vəhşicəsinə döyülüb.

Milli.Az anspress-ə istinadən bildirir ki, ifaçını huşsuz vəziyyətdə tapan polislər ilkin tibbi yardımdan sonra onu polis bölməsinə aparıb sorğu-sual ediblər.

Müğənni Vüqar toy adı ilə Moskvaya dəvət aldığını bildirib. Onu toya dəvət edənlər azərbaycanlılar olub və 1000 dollar beh də alıb.

Təyyarədən endikdən sonra hava limanında quldur basqınına məruz qalıb. Müğənninin başına sılah dayanaraq açıq sahəyə aparıblar və soyundurub döyüblər. Vüqar 45 dəqiqə şaxtada açıq havada yerdə hərəkətsiz vəziyyətdə qalıb.

Vuqar Muradov 23 martda Moskvaya yola düşüb. Beh İlkin adlı köməkçisinə verilib.

Qeyd edək ki, müğənni bir neçə saat əvvəl sosial şəbəkədə Moskvadan Azərbaycana salamlar göndərib.