Bakıda DYP İdarəsinin yanından keçəndə ehtiyatlı olun Day.Az представляет новость на азербайджанском языке:

Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin yanındakı yolda təmir işləri aparılır.

Milli.Az avtosfer.az-a istinadən bildirir ki, bunu Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin bölmə rəisi, polis polkovniki Vaqif Əsədov deyib. O bildirib ki, paytaxtın Mikayıl Müşfiq küçəsinin Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin inzibati binasının yanından "maşın bazarı"nadək olan hissəsində yolun genişləndirilməsi işləri aparılır.

Bu səbəbdən həmin ərazidə yolun nisbətən daralması və nəqliyyatın sıxlığı yaşanır:

"Ona görə də paytaxtın "Qurd qapısı" dairəsindən Mikayıl Müşfiq küçəsi ilə 3-cü kənar dairəvi yol istiqamətində hərəkət edən sürücülərdən diqqətli olmaları, ara məsafəsini saxlamaları xahiş olunur".