Bakıda dəhşətli bina yanğınları niyə baş verir?

Day.Az представляет новость на азербайджанском языке:

Bakıda binaların penoplast örtüklərlə bəzədilməsi nəticəsində tez-tez yanğınlar baş verir. Artıq bir neçə dəfədir ki, belə fasad örtükləri ucbatından binalar yanır, insanlara külli miqdarda ziyan dəyir. Bundan əvvəl belə bir yanğın aprelin 10-da Zığ şossesində baş vermişdi. O vaxt 408 nəfərin yaşadığı binanın fasadı kül olmuşdu.

Bu gün isə belə bir yanğın Azadlıq prospektində baş verdi. Bundan sonra da belə yanğınların baş verəcəyi şübhəsizdir. Çünki Bakıda hələ çoxlu sayda belə binalar var.

Milli.Az-ın əldə etdiyi məlumata görə, bu plastik fasadlar Xırdalanda yerləşən fasad fabrikində hazırlanır.

Standartlara əsasən, bu cür fasadların yanğın təhlükəsi olmamalıdır. Məhsulların belə keyfiyyətsiz olması isə materiallara qənaət edilməsidir. Bu materialların hazırlanması prosesində qənaət məqsədi ilə standartlardan xeyli kənara çıxılır.