"Azərsu" da borcu sildi

Day.Az представляет новость на азербайджанском языке:

Binəqədi rayonu, Azadlıq prospekti 200/36 ünvanında yerləşən çoxmənzilli yaşayış binasında baş vermiş yanğınla əlaqədar "Azərsu" ASC də qərar qəbul edib.

"Qafqazinfo" xəbər verir ki, bu barədə qurumun Mətbuat Xidmətinin rəhbəri Anar Cəbrayıllı sosial şəbəkədə yazıb. O qeyd edib ki, zərər çəkmiş insanların harada yaşamalarından asılı olmayaraq istifadə etdikləri içməli su və göstərilən kanalizasiya xidmətlərinin dəyəri öz mənzillərinə qayıdanadək, həmçinin indiyə qədər olan borcları "Azərsu" ASC-nin hesabına ödəniləcək.