Gəlin evdəkiləri ölümcül döydü - FOTO

Day.Az представляет новость на азербайджанском языке:

Şirvan şəhəri, Xudu Məmmədov küçəsində yaşayan Mustafayeva Nazilə Femida.az-a müraciət edib.

Qadının sözlərinə görə oğlunun qeyri-rəsmi nikahda yaşadığı Elnarə adlı qadın dünən axşam onun yaşadığı evə gəlib. Evin pəncərəsinin şüşələrini, qapını qırıb və ona xəsarətlər yetirib. Hadisə yerinə polis əməkdaşları gəliblər. Buna baxmayaraq aranı sakitləşdirmək mümkün olmayıb.

Nazilə Mustafayevanın xəsarət alması barədə Şirvan rayon Xəstəxanasından sənəd də verilib. Qadının sözlərinə görə, oğlunun qeyri-rəsmi nikahda yaşadığı Elnarə onun evdən çıxmasını və evi ona verməsini tələb edib.

Şikayətçi ilə söhbətimiz zamanı da onun bədənində olan xəsarət izləri açıq-aydın görünürdü. Məsələ ilə bağlı qarşı tərəfin fikrini öyrənməyə çalışasaq da, mümkün olmadı. Şirvan Şəhər Polis İdarəsinin sahə rəisi polis polkovnik leytenantı Qədim Sahibovun sözlərinə görə, baş vermiş hadisə ilə bağlı təhqiqat aparılır. Hər iki tərəfdən xəsarət alanlar var.
 

Böyütmək üçün şəkillərə klikləyin: