Dələduzluq edən AXCP-nin Ali Məclis üzvünə - 7 il 6 ay həbs

Day.Az представляет новость на азербайджанском языке:

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində AXCP ali məclisinin üzvü Asif Yusiflinin cinayət işi üzrə məhkəmə prosesi yekunlaşıb.

Lent.az-ın məlumatına görə, hakim Zeynal Ağayevin sədrlik etdyi prosesdə hökm oxunub. Hakimlər kollegiyasının qərarı ilə Asif Yusifli 7 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.

Qeyd edək ki, Daxili İşlər Nazirliyinin məlumatında bildirilib ki, vətəndaş Fəridə Zülfüqarovanın 7700 manat pulunun dələduzluq yolu ilə ələ keçirilməsi faktı üzrə Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsində başlanmış cinayət işi üzrə istintaqdan yayınan Bakı şəhər sakini Asif Yusifov saxlanılıb.

O, Cinayət Məcəlləsinin 178.3.2 (külli miqdarda ziyan vurmaqla törədilən dələduzluq) və 320.1-ci (rəsmi sənədləri saxtalaşdırma, hazırlama, satma və ya saxta sənədlərdən istifadə etmə) maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilməklə məhkəmə tərəfindən barəsində həbs-qətimkan tədbiri seçilib.

Qeyd edək ki, Asif Yusifov (Asif Yusifli) AXCP-nin ali məclisinin üzvüdür.