Bakıda yanğın

Day.Az представляет новость на азербайджанском языке

Bakıda evdə yanğın hadisəsi baş verib.

Trend FHN-in saytına istinadən xəbər verir ki, yanğın hadisəsi Suraxanı rayonunda qeydə alınıb.

Belə ki, sözügedən rayonda vətəndaşa məxsus birmərtəbəli evin xarici divarına quraşdırılmış qaz sayğacı yanıb.

Hadisə yerinə gələn Yanğından Mühafizə Xidmətinin əməkdaşlarının sayıqlığı nəticəsində ev və yaxınlıqdakı digər sayğacı yanğından mühafizə etmək mümkün olub.

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.