İdmançımız Avropa çempionu oldu

Day.Az представляет новость на азербайджанском языке:

Rusiya Federasiyasının paytaxtı Moskva şəhərində Universal döyüş növü üzrə Avropa çempionatı keçirilib. Milli.Az goal.az-a istinadən xəbər verir ki, ölkəmiz bu yarışda təmsi olunub. "Sumqayıt" universal döyüş kulubunun üzvü fəxri kürsünün birinci pilləsində qərarlaşıb. Belə ki, Elnur Səfərli bütün rəqiblərini məğlub edərək qızıl medala sahib çıxıb. İdmançının şəxsi məşqçisi Rəşad Yaqubov yarışla bağlı fikirlərini qəzetimizlə bölüşdü. Rəşad müəllim yarışlar haqqında bunları bildirib.
 

"Yarışa çox ciddi hazırlaşmışdıq. İdmançımızın medal qazanacağına ümid edirdim. Çünki, buna qədər idmançımız bir neçə beynəlxalq turnirlərdə, dünya və Avropa çempionatlarında medal qazanmışdı. Yəni idmançımız təcrübəsi çoxdur. Bu yarışa gəldikdə isə tələbəm inamlı çıxış edərək qızıl medal qazandı. Bununla da o, ona bəslənilən ümidləri doğrultdu. Bundan sonra var gücümüzlə çalışacağın ki, beynəlxalq miqyaslı yarışlarda ölkəmizi layiqincə təmsil edib bayrağımızı yüksəldək".
 

Bundan başqa idmançıların fiziki hazırlığını yüksək qiymətləndirən Rəşad müəllim dedi: "Tələbələrim var gücü ilə məşqlərinə daima davam etdirir. Hər gün onlarla fiziki məşqlər keçirik. Fiziki məşqlərlə bərabər onların psixoloji durumları ilə maraqlanıram. Çünki, idmançıda psixoloji amil böyük rol oyna yır. Əgər idmançı fiziki cəhətdən güclü hazırlaşıb, psioxoloji cəhətdən çətinlik çəkəcəksə, onun uğur qazanması sual altındadır".